Suriyada parlament seçkisi başa çatıb

DÜNYA 05 oktyabr 2025, 21:54
Suriyada hakimiyyət dəyişikliyindən sonra birpalatalı parlament olan Xalq Şurasına ilk səsvermə başa çatıb və hazırda səslər hesablanır.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Xalq Şurasına Seçki üzrə Ali Komitənin sözçüsü Nuvar Nəcmə məlumat verib.

Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şaraa Dəməşqdəki Milli Kitabxanada seçki məntəqəsində çıxış edərək, ölkənin müharibə və xaosdan mütəşəkkil seçki fəaliyyətinə keçməyi qısa müddət ərzində bacardığını bəyan edib. O həmçinin qeyd edib ki, yeni parlament çoxsaylı dondurulmuş qanun layihələrini nəzərdən keçirməli olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 oktyabr 2025, 23:57
05 oktyabr 2025, 19:33
Top