HƏMAS girovları azad etməyə və silahları təhvil verməyə hazırdır

DÜNYA 05 oktyabr 2025, 23:15
Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında saxlanılan bütün sağ qalan israilli girovları bir gün ərzində azad etməyə hazırdır.

Oxu.Az xəbər verir ki, bu barədə "Al Hadath" məlumat yayıb.

Bildirilib ki, ölən girovların qalıqlarını isə İsrail tərəfinə təhvil vermək üçün əlavə vaxt lazım olacaq.

Bundan başqa, hərəkat BMT-nin himayəsi altında öz silahlarını Misir və Fələstin təhlükəsizlik güclərindən yaradılacaq xüsusi quruma təhvil verməyə hazırdır.

HƏMAS rəsmi şəkildə bu məlumatları şərh etməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 oktyabr 2025, 23:57
Top