"Rusiya ordusu oktyabrın 5-nə keçən gecə Ukraynanın infrastrukturuna zərbələr endirib".
Demokrat.az bildirir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski "Telegram" kanalına məlumat verib.
"Bu gecə Ukrayna Rusiya tərəfindən 50-dən çox raket və 500-ə yaxın dronla hücuma məruz qalıb. Hücum zamanı qanadlı raketlərdən, "Shahed" dronlarından və "Kinjal" hipersəsli aviasiya raketlərindən istifadə olunub. Lvov, İvano-Frankovsk, Zaporojye, Çerniqov, Sumı, Xarkov, Xerson, Odessa, Kirovoqrad vilayətləri zərbələr altında olub" , - deyə o vurğulayıb.
Zelenski qeyd edib ki, son məlumata görə, hücum nəticəsində beş nəfər həlak olub, 10 nəfər xəsarət alıb.
Qeyd edək ki, Lvovda dörd nəfərdən ibarət bütöv bir ailə zərbələr nəticəsində həlak olub.