Bakının Suraxanı rayonunda sərxoş kişi həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin martın 9-da rayonun Hövsan qəsəbəsində baş verib.
Daşkəsən rayon sakini, 1971-ci il təvəllüdlü Məmməd həmin gün saat 19 radələrində yaşadığı evdə spirtli içki qəbul edib.
Buna irad bildirdiyi və ona cavab qaytardığı üçün arvadı Mədinə (adlar şərtidir – red.) ilə aralarında mübahisə yaranıb. Mübahisə zamanı qəsdən yumruqla arvadının bədəninin müxtəlif nahiyələrinə vurub və ona başın təpə nahiyəsindən xəsarətlər yetirib.
Hadisəni törədən Məmmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Məmməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, özünü təqsirli bilsə də, yoldaşını vurmayıb: “Yoldaşımın bacısının onu evdən aparmaq istəyirdi. Yoldaşım da getmək istədiyi vaxt onun qolundan tutdum. Bu zaman yoldaşımın qolu göyərdi. 30 ildir ilk dəfə belə bir hal yaşanıb. Hadisə olanda evdə 14 yaşlı oğlum Rasim və 27 yaşlı oğlum Əli olub. Həmin vaxt içki içirdim. Lakin əməliyyat olandan sonra içməmişəm. Hazırda da içki içmirəm. Hadisə yaşananda isə içkili vəziyyətdə olmuşam. Yoldaşımın sözü mənim acığıma getdi. Əməlimdən səmimi peşman olmuşam”.
Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, zərərçəkmiş şəxs ilə 1999-cu ildə rəsmi nikah ilə ailə qurub: “Biz Hövsan qəsəbəsində yaşayırıq. Əvvəllər arvadım ilə münasibətlərim yaxşı olub. Lakin son vaxtlar aramızda spirtli içki qəbul etməyimə görə mübahisələr olub. Martın 9-da, saat 19 radələrində həyat yoldaşım mənə evdə spirtli içki qəbul etməyimə görə iradını bildirdi. Həmin mövzuyla bağlı aramızda yaranan mübahisə zamanı həyat yoldaşım mənə cavab qaytardığı üçün yumruq ilə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirdim. Bir qədər sonra barəmdə polisə şikayət etdi”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Mədinənin sözlərinə görə, əri ilə aralarında söz-söhbət olub və yoldaşı onu vurmaq istəyəndə bacısıgilə getmək istədiyini bildirib: “Həmin vaxt qapının arasında olmuşam. Mən getmək istəyəndə uşaqlar da, yoldaşım da getməməyimi bildirdi. Həyat yoldaşım spirtli içki içirdi. Hadisədən əvvəl 20 gündür ki, heç içməyib. Daha əvvəl də tez-tez mübahisələrimiz olurdu. Hadisə olandan sonra da elə-belə mübahisə etmişik. Hadisə yaşanan vaxt əsəbi olmuşam, barışmaq istəmədiyimi bildirmişəm. Mən ailəmin dağılmasını istəməmişəm. Hadisə yaşanandan 4-5 gün sonra barışmışıq. Hazırda aramızda olan mübahisəni həll etmişik, barışıq olub. Ərimə qarşı heç bir şikayətim yoxdur”.
Bu cinayət işinə Suraxanı Rayon Məhkəməsində baxılıb. Məhkəmə ər-arvadını barışmasını nəzərə alıb. Bu səbəbdən Məmmədin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az