Qobustan rayonunda 2021-ci ildə yetkinlik yaşına çatmayan oğlana qarşı iyrənc hərəkətlər törədən 1996-cı il təvəllüdlü İlqar Babayevin (ad-soyad şərtidir – red.) barəsində yekin qərar verilib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayının sonlarında, saat 11 radələrində bərbər işlədiyi Qobustan şəhərindəki kişi solununda ora saçını kəsdirmək məqsədi ilə müştəri qismində gəlmiş yetkinlik yaşına çatmayan 2006-cı il təvəllüdlü Şirvan Əhmədovun saçlarını kəsib.
Daha sonra yetkinlik yaşına çatmayan oğlandan “oral” sekslə intim hərəkətlər etməsini tələb edib. Amma zərərçəkmiş şəxs bundan imtina edib. Bərbər əşyalarının yığıldığı masadan ülgücü əlinə götürüb və onun boynunun yan hissəsinə tutaraq, səsini çıxartdığı təqdirdə başını kəsəcəyi ilə hədə-qorxu gəlib. Öz əynində olan şalvarını aşağı çəkərək əli ilə onun boyun nahiyyəsindən tutaraq sıxıb və intim hərəkətlər etməklə cinsi ehtirasını pozğun formada təmin edib.
Bu cinayət hadisəsi 2021-ci ildə baş versə də, 2023-cü ildə İ. Babayevin iyrənc əməlinin üstü açılıb. Onun barəsində həmin il həbs qətimkan tədbiri seçilib.
Bu vaxta kimi isə o, başqa bir cinayət əməlinə görə, məhkum olunub. 2022-ci ildə Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə təqsirli bilinib və Qobustan Rayon Məhkəməsinin hökmü ilə 1 il 11 ay 26 gün müddətinə azadlıqdan məhrum edilib.
Daha sonra isə təcavüzə məruz qalan yetkinlik yaşına çatmayan oğlanın şikayəti əsasında İ. Babayevin barəsində Cinayət Məcəlləsinin 27 dekabr 2022-ci il tarixədək qüvvədə olan 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan olunub.
Məhkəmənin hökmü ilə İ. Babayev 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 2023-cü ilin avqustun 2-dən hesablanması qərara alınıb.
Hökmdən narazı qalan məhkum edilən şəxs və onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayəti verilib. Şikayətlərdə hökmün ləğv edilməsi, təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyi üçün ona bəraət verilməsini istənilib.
Şikayət araşdırılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib. Şikayəti araşdıran hakimlər heyəti sonda qərar elan ediblər. Qərara görə, şikayət təmin edilməyib.
Fariz Məlikli
Demokrat.az