Laçında müğənni qətlə yetirilib, qardaşı şübhəli bilinir

KRİMİNAL 12 avqust 2025, 20:15
Laçın rayonunda qətl hadisəsi baş verib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Fingə kəndi ərazisində qeydə alınıb.

Belə ki, el arasında müğənni kimi tanınan Səfər Quliyev ov tüfəngindən açılan atəş nəticəsində qətlə yetirilib.

Polis cinayət əməlini törətməkdə şübhəli bilinən, S.Quliyevin qardaşı, 1973-cü il təvəllüdlü Xasay Quliyevi saxlayaraq istintaqa təhvil verib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma başlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top