"Bu məsələdə fərqli fikirlər var. Mənim qənaətimə və oxuduqlarıma görə belə başa düşürəm ki, orqanlar sənə Allah tərəfindən verilən qiymətsiz hədiyyədir. Bütün orqanlar sənin özündə olaraq tam həyatını yaşamalısan. Ancaq müəyyən problemlər xəstəliklər zamanı bağışlamaq olar deyən alimlər də var. Bu barədə mənim saytda açıqlamalarım var".
Bu sözləri Demokrat.az-a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov deyib.
O bildirib ki, İslam dini insan həyatını ən ali dəyər kimi qoruyur:
"Qurani-Kərimdə buyurulur: "Kim bir insanı dirildərsə (həyatını xilas edərsə), sanki bütün insanları diriltmiş olar" (Maidə, 32). Bu ayə açıq şəkildə göstərir ki, bir insanın həyatını xilas etmək böyük savabdır. Orqan bağışı isə bəzən bir deyil, bir neçə insanın həyatını xilas edə bilir.
Peyğəmbərimiz (s.ə.s) də insan həyatına qiymət verməyi tövsiyə edərək buyurub: "Möminin mömin üzərində altı haqqı vardır...". Bu haqlardan biri də ehtiyac zamanı ona yardım etməkdir. Orqan bağışı, yardımlaşmanın ən ali formalarından biri hesab olunur".
Onun sözlərinə görə, müasir dövrdə İslam dünyasının tanınmış fiqh alimləri bu məsələ ilə bağlı konkret fətvalar veriblər:
"Məkkə Fiqh Akademiyası, Əl-Əzhər Şeyxliyi, Səudiyyə Ərəbistanı Böyük Alimlər Heyəti, Türkiyə Diyanet İşləri Başkanlığı və bir çox nüfuzlu dini qurumlar bəyan ediblər ki, insan sağlamlığında və ya vəfatından sonra, öz razılığı ilə orqan bağışlaya bilər. Burada iki əsas şərt var. Birincisi, tibbi zərurət olmalıdır, yəni orqan olmadan xəstənin həyatı təhlükədədir. İkincisi, maddi qazanc məqsədi olmamalıdır. Orqan satışı haramdır, amma bağış halal və savabdır.Məsələn, Türkiyə Diyanet İşlərinin 1980-ci ildə verdiyi fətvada qeyd olunur ki, “Zərurət olduqda və orqan bağışlayan şəxsin icazəsi alındıqda, orqan nəqlinə dini baxımdan maneə yoxdur. Bu, bir canı xilas etmək məqsədi daşıdığı üçün savabdır.”Əl-Əzhər Şeyxliyinin qərarlarında da vurğulanır ki, ölümündən sonra orqanlarını bağışlayan şəxs, əslində, sədəqeyi-cariyə əməli etmiş olur. Çünki onun əməli, vəfatından sonra belə insanlara fayda verir.Bu baxımdan, bu il orqan bağışlayanların sayının artması, həm tibbin inkişafı, həm də insanların dini və humanitar şüurunun artmasının göstəricisidir. İslam dini belə nəcib addımları təşviq edir, çünki məqsəd həyatları xilas etmək, əzabları yüngülləşdirmək və insanlıq dəyərlərini yaşatmaqdır. Ancaq kimsə istəmirsə onu bu işə məcbur etmək olmaz. Bu məsələ belədir ki, orqanını bağışlayan şəxs bunu sırf Allah üçün və savab qazanmaq məqsədi ilə etməlidir. Mənim son sözüm budur ki, mənə görə orqanlar sənin özünə aid deyil. Bu Allahın sənə verdiyi böyük bir hədiyyədir. Bu hədiyyəni son gününə qədər qoruyub saxlamalısan. Yenə də düzünü bilən Allahdır".
Əfsanə Kamal
Demokrat.az