Əfqanıstanda internet tamamilə kəsilib

DÜNYA 29 sentyabr 2025, 22:49
Əfqanıstanda internet bağlantısı tamamilə kəsilib.

"Report" xəbər verir ki, bu barədə "NetBlocks" beynəlxalq internet monitorinq xidməti teleqram kanalında məlumat yayıb.

"Taliban hakimiyyətinin əxlaqı qorumaq üçün addımlar atması ilə Əfqanıstan hazırda internetin tam bağlanması vəziyyətindədir", - məlumatda qeyd olunub.

Həmçinin bildirilib ki, hazırda telefon xidməti də kəsilib.

Daha əvvəl ölkə mətbuatı xəbər verib ki, Əfqanıstan İslam Əmirliyinin ali lideri Haybatullah Axundzadə əxlaqsız davranışların qarşısını almaq üçün bir neçə regionda simli internetin qadağan edilməsi barədə göstəriş verib. Rəsmilərin sözlərinə görə, qərar dövlət orqanlarının xidmətlərinə mane olur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top