Xəbər verdiyimiz kimi, 29 sentyabr – 1 oktyabr tarixlərində İspaniyanın Barselona şəhərində UNESCO-nun Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf üzrə Dünya Konfransı (MONDIACULT 2025) keçirilir.
Tədbirdə mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir.
Sentyabrın 29-da konfransın rəsmi açılış mərasimi olub.
Çıxışlarda üç gün davam edəcək konfransın əhəmiyyəti vurğulanıb, məqsədləri diqqətə çatdırılıb. Həmçinin yeni çağırışlar fonunda qarşıda duran vəzifələr, atılmalı olan addımlardan bəhs edilib.
Sonra maraqlı konsert proqramı təqdim olunub.
Konfrans çərçivəsində mədəniyyət naziri Adil Kərimlinin Serbiya və İran İslam Respublikasından olan həmkarları ilə ikitərəfli görüşləri keçirilib. Görüşlərdə ölkələrimiz arasında mədəni əməkdaşlıqla bağlı məsələlər nəzərdən keçirilib.
Adil Kərimlinin eyni zamanda Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Gökhan Yazqı ilə də görüşü olub.
Qeyd edək ki, konfrans çərçivəsində sentyabrın 29-da “Mədəniyyətə əsaslanan İqlim Fəaliyyəti üzrə Dostlar Qrupunun 3-cü Yüksək Səviyyəli Nazirlər Dialoqu" da təşkil olunub. Mədəniyyət naziri Adil Kərimli görüşdə çıxış edib.