Sahibkarlara qarşı daha sərt tədbirlər görülməlidir — Cərimələr ARTACAQ

GÜNDƏM 29 sentyabr 2025, 19:10
"Bugünkü gündə restoranlar və şadlıq saraylarının fəaliyyətindən yaranan tüstülərin havanı çirkləndirməsi xüsusilə Sumqayıt və rayonlarda daha çox müşahidə olunur. Bakıda bu problem o qədər də nəzərə çarpmır, amma kənardan və ya yüksək yerdən Bakıya baxanda şəhərin tüstü içində olduğu aydın görünür".

Bunu Demokrat.az-a açıqlamasında "Səma və Eko "sosial-iqtisadi inkişafa yardım İB-nin sədri İradə Həsənova deyib.

Onun sözlərinə görə, monitorinqlər göstərir ki, artıq insanlar bu məsələ ilə bağlı narazılıqlarını bildirirlər:

"Mən də Ekologiya Nazirliyində bu mövzunu dəfələrlə qaldırmışam. Hava keyfiyyətinə təsir edən bu problemin həlli üçün ciddi nəticələrin olması vacibdir".

O, bildirib ki, tüstünün havaya buraxılmasının qarşısını almaq üçün sahibkarlara verilən cərimələrin məbləği artırılmalıdır:

"Kiçik məbləğdə cərimə ödəyərək məsuliyyətsiz davrananlar, böyük cərimə tətbiq edildikdə artıq məsuliyyət hissi duyar və hava filtrləri quraşdırmaqla tüstünün buraxılmasının qarşısını alarlar. Bu məsələnin ciddi şəkildə həll edilməsi həm ekoloji, həm də ictimai sağlamlıq baxımından əhəmiyyətlidir".

Qeyd edək ki, ölkə ərazisində restoran və şadlıq saraylarından qalxan tüstü səbəbilə monitorinqlərə başlanılıb.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top