YapiKredi Müraciət Forması
Mazda CX-5
İdman Özəl

"Bizə görə maaş alırlar"

Bizə görə maaş alırlar

"Qalatasaray"ın sabiq hücumçusu Mauro İkardi sevgilisi, aktrisa Çina Suarez haqqında yayılan xəyanət iddialarına münasibət bildirib. Argentinalı futbolçu sosial şəbəkədə sevgilisi ilə fotosunu paylaşaraq şəxsi həyatları barədə məlumat yayanları sərt tənqid edib.

Demokrat.az xəbər verir ki, Argentina mətbuatında Çina Suarezin başqa bir futbolçu ilə münasibət yaşadığı barədə iddialar yayılıb. Həmin şəxsin evli olduğu da irəli sürülüb. Lakin bu məlumatları təsdiqləyən hər hansı fakt təqdim edilməyib.

İkardi yayılan xəbərlərə sosial şəbəkə hesabında cavab verib. O, şəxsi həyatları barədə danışanların bunu maddi maraq naminə etdiyini iddia edib:

"Onlardan haqqımızda danışmağı dayandırmalarını istəməyəcəyəm. Hesablarını ödəməli olduqlarını başa düşürəm. Bizdən bu qədər nifrət etdikləri halda, maaşlarının bizim varlığımıza bağlı olması nə qədər ironikdir".

Futbolçu əlavə edib ki, bəzi şəxslər həqiqəti bildiklərini düşünsələr də, əslində ucuz dedi-qodularla məşğuldurlar. İkardi onların şəxsi həyatlarına müdaxilə etməmələrini tövsiyə edib.

Çina Suarez də susqunluğunu pozaraq iddialara münasibət bildirib. Aktrisa adının tanımadığı insanlarla əlaqələndirilməsinə etiraz edib və bu xəbərləri yayanlara müraciət edib:

"Adımı tanımadığım insanlarla əlaqələndirməyi dayandırın. Artıq özünüzdən utanmalısınız. Məşğul olmaq üçün başqa birini tapın".

Suarez Argentina jurnalistlərinin bir qismini də tənqid edib. Onun sözlərinə görə, bəzi media nümayəndələri cütlüyün nüfuzuna xələl gətirməyə çalışır.

Qeyd edək ki, Mauro İkardi Vanda Nara ilə qalmaqallı ayrılığından sonra Çina Suarez ilə münasibət qurub. "Qalatasaray"la müqaviləsi başa çatdıqdan sonra hələlik yeni kluba keçməyən futbolçu son günlər şəxsi həyatı ilə bağlı xəbərlərlə gündəmə gəlib.