YapiKredi Müraciət Forması
Mazda CX-5
İqtisadiyyat

Qızıl kəskin ucuzlaşdı

Qızıl kəskin ucuzlaşdı

Qızılın birja qiyməti 24 sentyabr 2025-ci il tarixindən bəri ilk dəfə olaraq bir troy unsiyası üçün 3750 dollardan aşağı düşüb.

Demokrat.az xəbər verir ki, bunu Nyu-Yorkda yerləşən "Comex" birjasının ticarət məlumatları sübut edir.

Belə ki, qiymətli metalın dəyəri təxminən üç faiz ucuzlaşıb. Saat 16:10-a olan məlumata görə, dekabr ayı üzrə fyuçers müqaviləsinin qiyməti 107,33 dollar azalaraq bir troy unsiyası üçün 3756,87 dollara enib. Qızılın qiyməti ən aşağı nöqtədə 3744,92 dollara qədər düşüb ki, bu da son bir ildən artıq müddətdə qeydə alınan ən aşağı səviyyədir.