YapiKredi Müraciət Forması
Mazda CX-5
Kriminal Gündəm

Gülarənin qətl səbəbi bilindi

Gülarənin qətl səbəbi bilindi

Bakıda 23 yaşlı rəssam Gülarə Mehdiyevanın öldürülməsi ilə bağlı yeni təfərrüatlar üzə çıxıb. İlkin məlumatlara görə, hadisəyə səbəb sosial şəbəkədə paylaşılan fotolarla bağlı yaranan mübahisə olub.

Demokrat.az xəbər verir ki, Gülarə üç yaşında olarkən anası ailədən ayrılıb və onu atasının himayəsində qoyub. 2007-ci ildə atası Ağa Mehdiyev yenidən ailə qurub. Bu nikahdan dörd övladı dünyaya gəlib. Onlardan biri 2008-ci il təvəllüdlü Ayxan Mehdiyev olub.

Məlumata əsasən, Ağa Mehdiyevin ikinci həyat yoldaşı Gülarəni də öz övladı kimi qəbul edib və ailədəki beş uşağın hamısını böyüdüb.

Hadisə noyabrın 16-da günorta saatlarında Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsi 11A ünvanında yerləşən mənzildə baş verib. Hadisə zamanı valideynlər evdə olmayıb, uşaqlar isə mənzildə olublar.

İlkin məlumatlara görə, Ayxan dərsdən qayıtdıqdan sonra sosial şəbəkədə bacısının fotolarını görərək onunla mübahisə edib. O, şəkillərə tanımadığı şəxslərin şərh yazmasına etiraz edib və Gülarədən həmin paylaşımları silməyi tələb edib. Gənc qızın bundan imtina etməsi mübahisənin daha da gərginləşməsinə səbəb olub.

Nəticədə Ayxanın ögey bacısına bıçaqla hücum edərək onu qətlə yetirdiyi bildirilir.

Faktla bağlı cinayət işi başlanılıb, hadisənin təfərrüatları hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. (oxu.az)

Editor
Redaktor