YapiKredi Müraciət Forması
Mazda CX-5
Kriminal Özəl

Döyüldüyü üçün dostunu polisə verdi, sonra da şikayətini geri çəkdi

Döyüldüyü üçün dostunu polisə verdi, sonra da şikayətini geri çəkdi

Saatlı rayonunda 32 yaşlı kişi tanışına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Saatlı şəhəri, Babək küçəsində baş verib. 1994-cü il təvəllüdlü Bəhram həmin küçədə tanışı Əli (adlar şərtidir – red.) ilə mübahisə edib.

İstintaq sənədlərinə görə, Bəhram şəxsi münasibətlər zəminində Əli ilə mübahisə edib və dalaşaraq yumruqla onun baş nahiyəsinə zərbə vurub. Nəticədə Əliyə xəsarət yetirib.

Faktla bağlı Bəhram barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində izahat verən Bəhram ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsin onunla barışdığını, Əlinin ondan heç bir şikayət və tələbinin olmadığını bildirib.

Zərərçəkmiş şəxs də ifadəsində təqsirləndirilən şəxsin dediklərini təsdiqləyib.

Saatlı Rayon Məhkəməsinin hökmü ilə Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən Bəhram barəsindəki cinayət işinə xitam verilib.

Fariz Məlikli

Editor
Redaktor