YapiKredi Müraciət Forması
Mazda CX-5
Hava

Sabah 21 dərəcə isti olacaq

Sabah 21 dərəcə isti olacaq

Noyabrın 19-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Demokrat.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gün ərzində əsasən yağmursuz hava şəraiti gözlənilir. Cənub-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Paytaxt və ətraf ərazilərdə gecə 8-11, gündüz 17-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütunundan 753 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 60-65, gündüz 50-55 faiz təşkil edəcək.

Bölgələrdə də havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntı, qar yağması ehtimalı var. Ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək, qərb küləyi bəzi ərazilərdə güclənəcək.

Rayonlarda gecə 4-8, gündüz 15-20 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz isə 11-16 dərəcə isti gözlənilir.

B
Qeyd edilməyib