Bakıda qəzada həyatını itirən motosiklet sürücüsünün kimliyi məlum olub.
Demokrat.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, Moskva prospekti, 45 ünvanında tunelin girişində baş verib. Qismət Maxsud oğlu Qaçayev "Toyota" markalı avtomobil ilə hərəkətdə olarkən Asif Əliheydər oğlu Ağaverdiyevin idarə etdiyi "Dayun DY-156-ES" markalı motosikletlə toqquşması nəticəsində sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.



