YapiKredi Müraciət Forması
Mazda CX-5
Cəmiyyət Avto

Deputat dizel maşınlardan danışdı — Çoxalacaqlar

Deputat dizel maşınlardan danışdı — Çoxalacaqlar

Elektrikli avtomobillərin idxalına vergi tətbiq edilməsi Azərbaycanda bu nəqliyyat vasitələrinin qiymətinin artmasına və ölkəyə gətirilən avtomobillərin sayının azalmasına səbəb ola bilər.

Demokrat.az xəbər verir ki, bu barədə deputat Fazil Mustafa Milli Məclisin noyabrın 18-də keçirilən iclasında Vergi Məcəlləsinə və digər qanunlara təklif olunan dəyişikliklərin müzakirəsi zamanı danışıb.

Deputat bildirib ki, dünyanın bir çox ölkəsində elektrik mühərrikli avtomobillərin alınmasını stimullaşdırmaq üçün vergi güzəştləri tətbiq olunur.

"Dünyanın əksər ölkələrində elektrik mühərrikli avtomobillərin alınmasını stimullaşdırmaq üçün vergi ödənişindən imtina edilir", – deyə o bildirib.

Fazil Mustafanın sözlərinə görə, Azərbaycanda ötən ilədək elektrikli avtomobillərin idxalı vergidən azad olsa da, cari ildən bu sahədə vergi tətbiq edilir. Bu isə avtomobillərin qiymətinə və idxal həcminə təsirsiz ötüşmür.

"Verginin qoyulması təbii ki, ölkəyə gətirilən elektrik avtomobillərinin bahalaşmasına gətirib çıxaracaq və hazırda qiymətlər yüksəlməkdədir. Təbii ki, ölkəyə daxil olan elektrik avtomobillərinin sayı da azalacaq. Yenə də dizel və başqa yanacaqla işləyən avtomobillərin çoxluğunu müşahidə edəcəyik", – deputat qeyd edib.

O, həmçinin hesab edir ki, bu vergi büdcəyə əhəmiyyətli gəlir gətirmədiyi halda, iqtisadiyyatın digər sahələrinə mənfi təsir göstərə bilər.

"Bu, büdcəyə daxil olan vəsaitin də ciddi şəkildə azalmasına səbəb olur. Eyni zamanda, böyük şirkətlər müxtəlif yollar tapırlar ki, belə vergidən yayınsınlar. Bu da bir çox hallarda neqativ vəziyyət yaradır", – Fazil Mustafa vurğulayıb.

Deputat əlavə edib ki, vergi yükünün artması elektrikli avtomobillərin idxalı və satışı ilə məşğul olan sahələrdə iş yerlərinin azalmasına da gətirib çıxara bilər.(oxu.az)

Editor
Redaktor