Şair və aparıcı Oqtay Şəhriyarlı avtomobil qəzası nəticəsində dünyasını dəyişib.
Bu barədə Ölkə.az-a onun yaxınları məlumat verib.
O.Şəhriyarlı 13 mart 1959-cu ildə Masallı rayonunun Şəhriyar kəndində anadan olub.
Onun ilk şeiri 1974-cü ildə Masallı rayonunda nəşr olunan "Çağırış" qəzetində dərc edilib. 1976–1978-ci illərdə Sumqayıt şəhərində çıxan "Sosialist Sumqayıtı" qəzetində müxbir kimi fəaliyyət göstərib.
1974-cü ildən etibarən şeirləri müxtəlif mətbuat orqanlarında dərc olunub. Son dövrlərdə isə "Bütövlük" ictimai-siyasi hüquq qəzetinin xüsusi müxbiri kimi çalışıb.




