"Azərbaycanda orta məktəblər dövlət proqramı çərçivəsində lazımi vəsaitlərlə təmin olunur, dərsliklər pulsuz çap edilərək şagirdlərə paylanır. Lakin ali təhsil müəssisələri üçün bu sistem mövcud deyil".
Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirib.
O, bildirib ki, universitetlər öz büdcəsindən dərsliklərin yenilənməsi üçün vəsait ayırmır, mövcud dərs vəsaitləri əsasən alimlərin şəxsi hesabına çap olunur:
"Hazırda ali məktəblərdə tədris aparan müəllimlərin əksəriyyətinin yaşı 60-dan yuxarıdır. Gənc kadrların bu sahəyə maraq göstərməməsinin əsas səbəbi isə motivasiya çatışmazlığıdır. Onlar üçün nə mənzil güzəşti, nə də əmək haqqının artırılması ilə bağlı təşəbbüslər mövcuddur. Nəticədə, bir çox müəllimlər köhnə vəsaitlərdən istifadə etməklə dərs keçirlər".
Ekspert bildirib ki, Azərbaycan universitetlərinin səviyyəsi hələ də region ölkələri ilə müqayisədə geri qalır:
"Məsələn, bu gün bizim ali məktəblər Qazaxıstan universitetlərinin 2010-cu illərdəki səviyyəsinə çatıb. Dünyanın ilk min universiteti arasında yer alsaq da, bu siyahıda 900-cü yerlərdə qərarlaşmışıq".
Onun sözlərinə görə, universitetlərin maddi-texniki bazası da zəifdir:
"1970–1980-ci illərdən qalma laboratoriyalar hələ də fəaliyyət göstərir. Ölkədəki bir çox özəl universitetlər isə yalnız 20–30 sinif otağından ibarət məhdud imkanlarla təhsil verir. Bu isə əmək bazarının tələbatını ödəmək üçün yetərli deyil.
Ali təhsil müəssisələrində dərsliklər yenilənməli, müasir laboratoriyalar yaradılmalı və tədris prosesi yeni texnologiyalarla əlaqələndirilməlidir. Əks halda, məzunların əmək bazarında rəqabət qabiliyyəti zəif qalacaq".
Əfsanə Kamal
Demokrat.az