"Əgər uşaqda öskürək, yüksək hərarət varsa..." — AÇIQLAMA

GÜNDƏM 29 sentyabr 2025, 17:53
“Havaların soyuması ilə uşaqlar arasında qrip, soyuqdəymə və digər respirator xəstəliklərin yayılması artır. Uşaqların immuniteti yetkinlərə nisbətən daha zəif olduğundan, valideynlərin diqqətli olması vacibdir”. 

Bunu pediatr Aytən Məmmədova Demokrat.az-a açıqlamasında deyib.

Həkim deyib ki, gündəlik qidalanmaya diqqət yetirmək lazımdır:

“Tərəvəz, meyvə və xüsusilə C vitamini ilə zəngin qidalar immunitetin güclənməsinə kömək edir. Süd məhsulları və zülal baxımından zəngin qidalar da uşağın müqavimətini artırır. Uşağın kifayət qədər yuxu alması və fiziki aktivliyi qorunmalıdır. Açıq havada gəzintilər, qış idmanları və oyunlar immuniteti möhkəmləndirir. Soyuq havada uşaqları həddindən artıq qalın geyindirmək əks effekt verə bilər. Təmizlik və gigiyena də əsas amillərdəndir. Uşaqlar əllərini tez-tez sabunla yumağa öyrədilməli, xüsusilə məktəb və bağçadan gəldikdən sonra bunu vərdiş halına gətirməlidirlər. Qapalı məkanlarda havalandırma vacibdir, həmçinin xəstə olan insanlarla təmasdan mümkün qədər uzaq durmaq lazımdır. İmmuniteti zəif uşaqlar üçün maska istifadə etmək faydalı ola bilər. Əgər uşaqda öskürək, yüksək hərarət, nəfəs çətinliyi və ya yorğunluq kimi əlamətlər müşahidə olunarsa, dərhal pediatra müraciət etmək vacibdir. Valideynlərin diqqəti və düzgün profilaktik tədbirlər uşaqları soyuqdəymədən və respirator xəstəliklərdən qorumağa ciddi təsir göstərir”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 sentyabr 2025, 17:13
Top