YapiKredi Müraciət Forması
Texnologiya

Bu sadə parola görə 8 milyon nəfərin kimlik məlumatları ələ keçirildi

Bu sadə parola görə 8 milyon nəfərin kimlik məlumatları ələ keçirildi

Danimarkanın mərkəzi əhali reyestrində 8,8 milyon nəfərin fərdi məlumatlarının sızması ilə nəticələnən kiberhücum beynəlxalq aləmdə böyük əks-səda doğurub.

Sistemə rəsmi giriş icazəsi olan "Pays ApS" İT şirkətinin administrator hesabı daxil olmaqla, azı üç hesabında "123456" kodunun tətbiq edilməsi kütləvi sızmaya yol açıb.

Haker 10 gün ərzində avtomatlaşdırılmış sorğular göndərərək həm sağ, həm də dünyasını dəyişmiş şəxslərin adlarını, ünvanlarını və fərdi kimlik nömrələrini ələ keçirib. Hadisə təhlükəsizlik bloku tərəfindən deyil, kütləvi sorğular səbəbindən yaranan anormal hesab-fakturanı nazirlik əməkdaşının aşkarlaması ilə üzə çıxıb.

Məlumatları ələ keçirən şəxs onları satmaq və ya yaymaq niyyətində olmadığını bildirsə də, hadisədən sonra şirkət fəaliyyətini saxlayıb. Beləliklə, bir İT şirkətindəki bəsit şifrə laqeydliyi bütün ölkənin məlumat təhlükəsizliyini ciddi risk altına atıb.

NE
Nihadə Eyyubova