"Təhsilə komersiya yanaşması yolverilməzdir, çünki təhsil xalqın, ölkənin və dövlətin gələcəyi üçün strategiya sahəsidir. Dünyanın bir çox ölkələrində təhsil sosial-ictimai institut kimi qəbul edilir, nəinki biznes strukturu kimi".
Bunu Demokrat.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib.
O, bildirib ki, hazırda Azərbaycanda təhsil bazar predmetinə çevrilib:
"Ali təhsil haqları çox yüksəkdir, keyfiyyət isə aşağıdır. Əhalinin böyük hissəsi uşaqlarını oxutmaq üçün kifayət qədər imkanlı deyil, bu da təhsildə sosial diskriminasiyaya səbəb olur. Xarici ölkələrdə təhsil Azərbaycandakı təhsildən daha ucuz başa gəlir, valideynlər imkanı olduqda uşaqlarını xaricdə oxutmağa üstünlük verirlər".
Ekspert bildirib ki, əvvəlcədən təhsil haqqını tələb etmək düzgün deyil:
"Göstərilməyən xidmətin haqqını bir il əvvəldən almaq ədalətsizdir, maksimum bir ay qabaqdan ödəmə tələb olunmalıdır. Aylıq ödəmə sistemi təmin olunmasa, tələbələrin böyük hissəsi ödənişləri verə bilməyəcək və təhsilini dayandırmaq məcburiyyətində qalacaq".
Onun sözlərinə görə, belə yanaşma yalnız imkanlı ailələrin uşaqlarının ali təhsil almasına gətirib çıxarır və istedadlı gənclərin itirilməsinə səbəb olur:
"Təhsil bazar predmetinə çevrilməməli, dövlət strategiyası kimi qiymətləndirilməli, gənclərin inkişafı və ölkənin gələcəyi üçün əlçatan olmalıdır".
Əfsanə Kamal
Demokrat.az