Tramp və Putin Alyaskaya kimləri aparır? — HEYƏTLƏR

DÜNYA 15 avqust 2025, 17:28
Alyaskanın Ankoric şəhərində keçiriləcək Rusiya ilə sammitəə yollanan Amerika nümayəndə heyətinin tərkibinə 16 şəxs daxil edilib. 

Demokrat.az
xəbər verir ki, “Reuters” bu barədə ABŞ prezident administrasiyasına istinadən məlumat yayıb.

Agentlik qeyd edir ki, onların arasında Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff, maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Lutnik və dövlət <a href="https://savashmedia.az/tramp-ve-putin-alyaskaya-kimleri-aparir-heyetler" target="_blank">katibi</a> Marko Rubio, prezident xüsusi elçisi Stiv Uitkoff, Ağ Evin aparat rəhbəri Süzi Uayls, onun müavini Den Skavino və mətbuat katibi Kerolayn Livitt kimi isimlər var. 

Rusiya nümayəndə heyətinə isə xarici işlər naziri Sergey Lavrov, maliyyə naziri Anton Siluanov, müdafiə naziri Andrey Belousov, prezidentin köməkçisi Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev daxildir.(Savasmedia.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 avqust 2025, 17:10
Top