Yaşıllıqları kəsmək olmaz — İstisnalar açıqlandı

GÜNDƏM 15 avqust 2025, 16:41
““Yaşıllıqların mühafizəsi haqqında” qanuna əsasən, yaşıllıqlar təyinatına görə üç növə bölünür. Ümumi istifadədə olan park, meşəpark, bağça, bulvar ətrafı, məhdud istifadəli məhəllədaxili, təhsil, tibb obyektləri ətrafı və xüsusi təyinatlı magistral, dəmir yolu kənarı, sənaye və yaşayış zonaları arası yerlər”. 

Bu sözləri biomüxtəliflik üzrə mütəxəssis,  "Ekosfera" İB-nin nümayəndəsi Abdin Abbasov Demokrat.az-a açıqlamasında deyib.

O qeyd edib ki, yaşıllıqlar yalnız müəyyən hallarda götürülə bilər:

“Bu hallar dövlət əhəmiyyətli obyektlərin tikintisi, təsdiqlənmiş xüsusi layihələr, kommunikasiya xətlərinin çəkilişi, texnogen və təbii fəlakətlərdir. Proses dövlət orqanları ilə razılaşdırılır və icazə əsasında aparılır. İşləri dövlət, hüquqi və fiziki şəxslər görə bilər. Kəsilmiş ağaclara görə hökumətə kompensasiya ödənir. Əvəzində həmin ağacların 3-5 misli sayda yeniləri əkilir. Bərpa eyni ərazidə, mümkün olmadıqda isə dövlət və bələdiyyə tərəfindən ayrılmış yerlərdə həyata keçirilir”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top