YapiKredi Müraciət Forması
Maraqlı

Hər mübahisədə qalib gəlmək istəyən 4 bürc: Haqlı olduqlarını sübut etmədən rahatlıq tapmırlar

Hər mübahisədə qalib gəlmək istəyən 4 bürc: Haqlı olduqlarını sübut etmədən rahatlıq tapmırlar

Astrologiyaya görə, bəzi bürclər mübahisələrdə geri çəkilməyi sevmir, fikirlərini sübut etmək və son sözü demək üçün əllərindən gələni edirlər. Hətta adi söhbətlər belə onlar üçün rəqabətə çevrilə bilər. Bəs mübahisədə qalib gəlməyi sevən 4 bürc hansılardır?

Qoç - Mübahisəni yarışa çevirir

Astroloji şərhlərə görə, Marsın idarə etdiyi Qoç bürcü meydan oxumaqdan çəkinmir. Demək olar ki, hər mövzuda fikri olan Qoç məlumatının az olduğu məsələlərdə belə müzakirələrə qoşulmaqdan geri qalmır.

Gərgin anlarda qarşı tərəfi dinləməkdənsə, öz fikrini müdafiə etməyə üstünlük verir. Onun üçün mübahisə bəzən ortaq nəticəyə gəlməkdən daha çox, öz mövqeyini sübut etmək vasitəsinə çevrilir.

Şir - Məğlubiyyəti özünə qarşı qəbul edir

Şir bürcü hər şeyə böyük həvəslə yanaşması və özünəinamı ilə seçilir. Lakin astroloji yanaşmalara görə, mübahisədə uduzmaq onun üçün sadəcə fikrinin qəbul edilməməsi deyil, həm də zəkasının sorğulanması kimi görünə bilər.

Bu bürc nümayəndələri bəzən adi tənqidi belə şəxsi qəbul edir. Yanıldıqları üzə çıxanda başqalarının onlara münasibətinin dəyişəcəyindən narahat ola bilərlər.

Qız - Səhv etdiyini qəbul etməkdə çətinlik çəkir

Nizam-intizamı və detallara diqqəti ilə tanınan Qız bürcü hər şeyin müəyyən qaydada olmasını istəyir. Gündəlik işlərdən tutmuş qərarların qəbuluna qədər bir çox məsələdə öz yanaşmasının daha düzgün olduğuna inana bilər.

Astroloji şərhlərə əsasən, Qız bürcü üçün səhvini etiraf etmək bəzən qurduğu nizamın pozulması kimi qəbul olunur. Buna görə də qarşı tərəfin fərqli fikrini qəbul etməkdə çətinlik çəkə və öz mövqeyini uzun müddət müdafiə edə bilər.

Oxatan - Ən gözlənilməz mövzuları gündəmə gətirir

Yeni fikirlərə və fərqli dünyagörüşlərinə marağı ilə seçilən Oxatan bürcü bəzən söhbətin ən həssas məqamında mübahisəli mövzulara toxuna bilər. Ailə süfrəsində siyasətdən, dostlarla görüşdə isə dindən danışmağa başlaması müzakirəni asanlıqla gərginləşdirə bilər.

Bununla belə, astroloji yanaşmalara görə, Oxatanın məqsədi hər zaman mübahisə yaratmaq olmur. O, çox vaxt sadəcə maraqlı fikir mübadiləsi aparmaq və yeni düşüncələri araşdırmaq istəyir. Lakin söhbətin nə zaman mübahisəyə çevrildiyini hər zaman nəzərə almaya bilər.

NE
Nihadə Eyyubova