Su İdman Sarayının qarşısında qəza olub, ölən var

HADİSƏ 15 avqust 2025, 10:56
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Demokrat.az report-a istinadən xəbər verir ki, Səbail rayonu, Əhəd Yaqubov küçəsi 15 ünvanında yerləşən Su İdman Sarayının qarşısında Ağsu rayon sakini, 1996-cı il təvəllüdlü Məmmədov Tural Səlimxan oğlu idarə etdiyi "Hyundai" markalı avtomaşınla hərəkətdə olan zaman piyada qismində yolu keçən 1969-cu il təvəllüdlü Zeynalov Rəhim Bahadur oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top