Lavrov Alyaskaya üzərində “SSRİ” yazılmış köynəklə gəlib

DÜNYA 15 avqust 2025, 11:32
Rusiya xarici işlər naziri Sergey Lavrov Alyaskaya üzərində “SSRİ” yazılmış köynəklə gəlib.

TASS xəbər verir ki, Alyaskada jurnalistlər Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qara jiletin altından görünən “SSRİ” yazısı olan boz sviterdə görüblər.
Lavrovun avtomobilindən Ankoricdəki mehmanxanasına getməsinin görüntüləri “İzvestiya” Teleqram kanalında yayımlanıb.

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp avqustun 15-də Alyaskanın Ankoric şəhərində görüş keçirəcək.Görüşün mövzusu Rusiya-Ukrayna müharibəsinə son qoymaqdır. (AzPost.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top