“Zəngəzur dəhlizi” ilə bağlı Azərbaycan nümayəndə heyəti Moskvada görüş keçirəcək

DÜNYA 15 avqust 2025, 12:34
Rusiya baş nazirinin müavini Aleksey Overçuk  gələn həftə Azərbaycan nümayəndə heyəti ilə Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının bloklanması məsələsini müzakirə edəcək.

AzPost TASS-a istinadən bildirir ki, o, bu barədə jurnalistlərə bildirib.

“Mənim də gələn həftənin sonunda Azərbaycan tərəfi ilə görüşüm var. Biz bu məsələlərə [Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasına] da orada baxacağıq. Beləliklə, irəliləyiş gedir”.

Baş nazirin müavini bildirib ki, Azərbaycan tərəfi ilə görüş Rusiyada baş tutacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top