"Kaş birotaqlı daxmada yaşayardım, amma valideynlərim sağ olardı" — VİDEO

ŞOU-BİZNES 15 avqust 2025, 14:13

"Bir gün gəldim ki, atam itə başa salır ki, gülə dəymə. Gülü o qədər sevirdi ki, atamı martın 8-də torpağa tapşırdım. İki gün sonra isə anamı dəfn etdik".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Səlim Abbasov "Xəzər axşamı" verilişində deyib. Skripka ifaçısı dünyasını dəyişən valideynlərindən danışıb və ağlayıb:

"Kaş sadə insan olardım, heç nəyim olmazdı. Nə olsun tanınmışam, məni avtobusda da, sadə insanlar arasında da görə bilərsiniz. Nə olsun tanınmışam, özümü yuxarıdan aparmıram. Kaş mən birotaqlı daxmada qalardım, amma valideynlərim yanımda olardı (ağlayır)".

Qeyd edək ki, musiqiçi valideynlərini koronavirusdan itirib. 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 avqust 2025, 17:10
Top