"Təhsil haqlarının artırılması dövlət nəzarəti altında olmalıdır"— Deputatdan TƏKLİF

GÜNDƏM 15 avqust 2025, 15:35
"Bu il əksər universitetlərdə təhsil haqqı artırılıb. Məncə, bu qərar ciddi araşdırmadan sonra verilməlidir. Təhsil haqqının müəyyən olunması universitetlərin öz ixtiyarında olmamalı, dövlət tərəfindən tənzimlənməlidir".

Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Ceyhun Məmmədov  deyib. 

O bildirib ki, qiymətlərin bu formada artması, gənclərin yerli universitetlər əvəzinə xaricdə təhsilə üstünlük verməsinə səbəb ola bilər:

"Bir çox ailədə bir neçə övlad ali təhsil alır və ildə 6-7 min manat təhsil haqqı ödəmək onlar üçün çox çətindir.

Əgər ölkədə minimum əməkhaqqı 400 manat civarındadırsa və əhalinin böyük hissəsi bu məbləğdə maaş alırsa, onların təhsil haqqını ödəməsi ciddi problem olacaq. Buna görə qiymət artımı yalnız dövlət qərarı ilə, tədrisin keyfiyyətinə və əhalinin sosial vəziyyətinə uyğun şəkildə həyata keçirilməlidir".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 avqust 2025, 17:10
Top