"Hündürmərtəbəli binalarda baş verən bədbəxt hadisələr, xüsusilə insanların yıxılaraq həyatını itirməsi çox ciddi və araşdırılmalı mövzudur".
Bunu Demokrat.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev deyib.
O, bildirib ki, belə faciələr adətən bir neçə amilin, texniki standartların pozulması, istismar zamanı laqeydlik, sakinlərin təhlükəsizlik davranışlarındakı boşluqlar və nəzarətin zəifliyinin üst-üstə düşməsi nəticəsində baş verir.

"Təhlükəsizlik tədbirləri yalnız kağız üzərində deyil, real həyatda tətbiq olunmalıdır. Texniki baxımdan ən vacib məsələ balkon və pəncərələrin qoruyucu konstruksiyalarının standartlara uyğun olmasıdır. Məhəccərlərin hündürlüyü minimum 1,2 metr, barmaqlıqlar arasındakı məsafə isə 12 sm-dən çox olmamalıdır. Şüşə balkon sistemlərinin qalınlığı və bərkidilmə üsulu beynəlxalq normalara uyğun seçilməli, pəncərələrdə uşaqlar üçün kilid sistemləri quraşdırılmalıdır. Təəssüf ki, bəzi hallarda görünüş ön plana çəkilir, qoruyucu elementlərin keyfiyyəti isə diqqətdən kənarda qalır ki, bu da ciddi risklər yaradır".
Ekspert bildirib ki, istismar mərhələsində məsuliyyət əsasən bina idarəçiliyinin üzərinə düşür:
"Qoruyucu məhəccərlər, balkon konstruksiyaları və pəncərə mexanizmləri mütəmadi yoxlanmalı, paslanma, boşalma və digər aşınma əlamətləri müşahidə olunarsa, dərhal aradan qaldırılmalıdır. Təhlükəsizlik tədbirləri yalnız tikinti mərhələsi ilə məhdudlaşmamalı, binanın bütün istismar müddətində davam etdirilməlidir".
Onun sözlərinə görə, təhlükəsizlik bir dəfə görülən iş deyil, davamlı prosesdir:
"Dövlət qurumlarının nəzarəti ilə yanaşı, bina idarəçiliyinin də üzərinə böyük məsuliyyət düşür. Əgər bütün bu tədbirlər vaxtında və tam şəkildə həyata keçirilsə, hündürmərtəbəli binalarda yaşanan faciələrin qarşısını almaq mümkündür".
Əfsanə Kamal
Demokrat.az