“İmtahanlar abituriyentlərin gələcək təhsil və karyera yolunu müəyyən edən mühüm mərhələdir. Bu proses yalnız imtahan günü ilə yekunlaşmır. İxtisas seçimi və nəticələrin elan olunması dövrü də həm abituriyentlər, həm də valideynlər üçün gərgin və həyəcanlı keçir”.
Bunu Demokrat.az-a açıqlamasında fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib.
O bildirib ki, hazırda ən aktual mövzu ixtisas seçimi mərhələsinin tamamlanmasından sonra keçid ballarının necə formalaşacağı və nəticələrin nə vaxt açıqlanacağıdır:
“Plan yerlərinin artması bu amillərdən biridir. 2025-ci ildə bəzi ixtisaslar üzrə dövlət sifarişi plan yerlərinin sayı artırılıb. Bu artım rəqabəti müəyyən qədər azalda bilər və bəzi ixtisaslarda keçid ballarının bir qədər enməsinə səbəb ola bilər. Yeni universitetlərin və ixtisasların açılması da təsir edən mühüm faktorlardandır. Yeni yaradılmış ali təhsil müəssisələri və təqdim olunan yeni ixtisaslar abituriyent maraqlarını müxtəlif istiqamətlərə yönəldib. Bu hal bəzi ixtisaslarda balların stabil qalmasına, digərlərində isə artım və ya azalmaya səbəb ola bilər. Abituriyentlərin ümumi nəticələri isə keçid ballarının formalaşmasında həlledici rol oynayır. Əgər yüksək bal toplayanların sayı azdırsa, bəzi ixtisaslarda ballar enə bilər. Əksinə, nəticələr yüksəkdirsə, balların artması ehtimalı böyükdür. Hazırkı vəziyyət göstərir ki, keçid ballarının kütləvi şəkildə enməsi gözlənilmir”.
Ekspert əlavə edib ki, yeni yaradılmış və tanınma səviyyəsi aşağı olan fakültələrdə, eləcə də regionlardakı bəzi universitetlərdə azalma müşahidə oluna bilər:
“Dövlət İmtahan Mərkəzi nəticələri avqustun ikinci yarısında elan edəcək. Nəticələr açıqlanarkən abituriyentin qəbul olunduğu ixtisas, həmin ixtisas üzrə minimal keçid balı, topladığı bal və ümumi sıralaması təqdim olunacaq. Keçid ballarının ümumi şəkildə aşağı düşməsi ehtimalı azdır. Lakin bəzi ixtisaslarda kiçik dəyişikliklər, yəni artım və ya azalma mümkündür. Ballar əsasən imtahan nəticələri, plan yerlərinin sayı və ixtisasa olan maraq səviyyəsi əsasında formalaşır. Ən dəqiq qiymətləndirmə yalnız nəticələr açıqlanandan sonra aparıla bilər. Abituriyentlər və valideynlər emosional reaksiyalardan uzaq durmalı, nəticələrin rəsmi olaraq elan olunmasını gözləməlidirlər”.
Leyla Turan
Demokrat.az