YapiKredi Müraciət Forması
Mazda CX-5
Sosial

Gedişhaqqı bu saatlarda 1 qəpik olacaq

Gedişhaqqı bu saatlarda 1 qəpik olacaq

"BakıKart" və "Mastercard" UEFA Çempionlar Liqası çərçivəsində Bakıda keçiriləcək "Sabah" - "Barselona" qarşılaşması münasibətilə sərnişinlər üçün xüsusi kampaniyaya start verir.

Demokrat.az xəbər verir ki, kampaniya çərçivəsində bu gün saat 18:00-dan 01:00-dək "Mastercard" kartları ilə təmassız (NFC) ödəniş edən sərnişinlər ictimai nəqliyyatdan cəmi 1 qəpiyə (0,01 AZN) istifadə edə biləcəklər.

Güzəşt yerli və xarici banklar tərəfindən emissiya edilmiş "Mastercard" kartları ilə "Apple Pay" və "Google Pay" vasitəsilə aparılan təmassız (NFC) ödənişlərə şamil olunur.

Kampaniya Bakı ərazisində NFC ödənişlərinin mümkün olduğu metro və avtobusları əhatə edir.

Müəyyən edilmiş saatlar ərzində güzəştli gedişlərin sayına məhdudiyyət tətbiq edilmir.

B
Qeyd edilməyib