Bakıda aparıcı Ada Süleymanova və tanışının həyatını itirdiyi ağır yol qəzasının yeni təfərrüatı üzə çıxıb.
Məlumata görə, aparıcı qatıldığı məclis bitdikdən sonra evə getmək üçün ayıq sürücü xidmətindən istifadə etmək istəyib. Çağırılan sürücü vaxtında ünvana çatıb və aparıcı xidmət haqqını əvvəlcədən ödəyib.
Lakin son anda onun tanışı Anar Kərimov bu qərara etiraz edərək aparıcını özü aparacağını bildirib. O, sifariş edilən ayıq sürücünü geri qaytararaq sükan arxasına keçib.
Restoran ərazisindən uzaqlaşdıqdan cəmi 10-15 dəqiqə sonra avtomobil yüksək sürətlə önündə hərəkət edən "DAF" markalı yük maşınına çırpılıb. Güclü zərbə nəticəsində həm Anar Kərimov, həm də Ada Süleymanova elə hadisə yerindəcə həlak olublar.
Beləliklə, ayıq sürücü xidmətindən son anda imtina edilməsi ağır faciə ilə nəticələnib. (Baku TV)



