Bəzi insanlar üçün xoşbəxtlik mütləq romantik münasibətlərdən və ya daim kiminləsə birlikdə olmaqdan keçmir. Onlar tək vaxt keçirməyi, müstəqil qərarlar verməyi və həyatlarını öz istəklərinə uyğun qurmağı üstün tuturlar.
Demokrat.az xəbər verir ki, "Parade" jurnalı astroloqların təklikdə özünü daha rahat hiss etdiyi insanların doğulduğu aylarla bağlı qənaətlərini dərc edib.
Astroloqların fikrincə, xüsusilə yanvar, aprel və dekabr aylarında doğulan insanlar müstəqilliyə daha çox önəm verir və münasibətdə olmadıqları dövrdə də özlərini xoşbəxt hiss edə bilirlər.
Yanvar
Yanvarda doğulanlar əsasən iddialı Oğlaq və müstəqilliyi sevən Dolça bürcünün nümayəndələridir. Onlar karyera qurmağa, şəxsi inkişaflarına və qarşılarına qoyduqları məqsədlərə çatmağa üstünlük verirlər. Bu insanlar sadəcə münasibətdə olmaq xatirinə seçim etmirlər. Onlar üçün qarşı tərəfin həyatlarına uyğunlaşması və şəxsi azadlıqlarına hörmət etməsi vacibdir.
Aprel
Apreldə dünyaya gələnlər Qoç və Buğa bürclərinin nümayəndələridir. Astroloqlar onların öz istəklərini yaxşı bildiklərini və vaxtlarını müstəqil şəkildə idarə etməyi sevdiklərini bildirirlər. Qoçlar cəsarətli və spontan xarakterləri ilə seçildikləri halda, Buğalar rahatlığa, gözəl mühitə və həyatın kiçik zövqlərinə üstünlük verirlər. Onlar münasibətləri həyatın vacib şərti hesab etmirlər və təkbaşına da xoşbəxt ola bilirlər.
Dekabr
Dekabrda doğulanlar isə nikbin Oxatan və məqsədyönlü Oğlaq bürcləridir. Onları birləşdirən əsas xüsusiyyət inkişaf etmək, yeni təcrübələr qazanmaq və qarşılarına qoyduqları hədəflərə çatmaq istəyidir. Oxatanlar səyahətə, öyrənməyə və yeni insanlarla tanışlığa maraq göstərirlər. Oğlaqlar isə daha çox karyera və gələcək planlarına diqqət yetirirlər. Onlar üçün münasibət xoşbəxtliyin yeganə mənbəyi deyil, həyatın əlavə bir hissəsidir.



