YapiKredi Müraciət Forması
Mazda CX-5
Özəl Dünya

Vaşinqtondakı bu böhran Rusiya və İranın əlini gücləndirir — Açıqlama

Vaşinqtondakı bu böhran Rusiya və İranın əlini gücləndirir — Açıqlama

ABŞ-nin Hərb Nazirliyi artilleriya mərmiləri, raketlər və bombaların kəskin qıtlığı problemi ilə üz-üzə qalıb. 2026-cı ildə İranla baş verən münaqişə fonunda bu vəziyyət daha da kəskinləşib. ABŞ-nin Hərb Nazirliyi artilleriya mərmiləri, raketlər və bombaların kəskin qıtlığı problemi ilə üz-üzə qalıb. 2026-cı ildə İranla baş verən münaqişə fonunda bu vəziyyət daha da kəskinləşib.

Politoloq Elçin Xalidbəyli Demokrat.az-a açıqlamasında deyib ki, ABŞ ordusunun silah-sursat çatışmazlığı kifayət qədər ciddi problemdir:

Vaşinqtondakı bu böhran Rusiya və İranın əlini gücləndirir — Açıqlama

"Əgər bu barədə yayılan məlumatlar reallığı əks etdirirsə, ABŞ-nin bəzi planlarında dəyişikliklər ola bilər. Çünki hazırda ABŞ iki istiqamətdə silah-sursata ciddi ehtiyac duyur. Böyük ehtimalla, indiki mərhələdə ABŞ-nin silah-sursata olan ehtiyacı həm İranın, həm də Rusiyanın maraqlarına uyğundur. Belə ki, ABŞ-nin silah-sursat ehtiyacı Ağ Evin Avropa Birliyinə silah satışını məhdudlaşdırmasına səbəb ola bilər. Bu isə Avropa Birliyinin ABŞ-dən silah-sursat alaraq Ukraynaya göndərməsini çətinləşdirir. Yəni müəyyən mənada Ukrayna üçün silah-sursat mənbələrindən biri qapanmış kimi görünür. Bu vəziyyət də Rusiyanın maraqlarına cavab verir. Digər tərəfdən, silah-sursat çatışmazlığı ABŞ-nin Yaxın Şərqdə hərbi əməliyyatları yenidən bərpa etmək niyyətləri baxımından da ciddi problem yarada bilər. Ağ Ev son vaxtlar İrana qarşı müharibənin yenidən başlaya biləcəyi ilə bağlı müəyyən təhdid mesajları verirdi. Əgər silah-sursat çatışmazlığı ilə bağlı məlumatlar doğrudursa, bu, ABŞ-nin Yaxın Şərqdə hərbi əməliyyatları bərpa edəcəyi təqdirdə onların uzunmüddətli və genişmiqyaslı xarakter daşımaya biləcəyi anlamına gəlir. Bu baxımdan, yaranmış vəziyyət İranın da maraqlarına uyğun ola bilər".

Politoloqun fikrincə, ABŞ-nin müvəqqəti olaraq silah-sursat çatışmazlığı ilə üzləşməsi qlobal miqyasda ciddi dəyişikliklərə səbəb olmaz:

"Çünki ABŞ dünyanın super güclərindən biridir və nüvə potensialına malikdir. Bu baxımdan, onun qlobal siyasi iradəsi üçün ciddi təhlükə və ya məhdudiyyət yaranmır. Ancaq həm Rusiya, həm də İran belə bir müvəqqəti vəziyyətdən məmnun qala bilər. Çünki indiki mərhələdə ABŞ-nin silah-sursat çatışmazlığı ilə üzləşməsi məhz onların maraqları baxımından əhəmiyyətli amildir".