YapiKredi Müraciət Forması
Mazda CX-5
Maraqlı

Dekabrda 3 bürcün həyatı maddi baxımdan dəyişəcək

Dekabrda 3 bürcün həyatı maddi baxımdan dəyişəcək

Rusiyalı astroloq Pavel Qloba 2026-cı ilin dekabrında üç bürcə pul vədi verir. O, Qız, Balıqlar və Tərəzi bürclərini şanslı hesab edir.

Demokrat.az xəbər verir ki, dekabr ayı həmin üç bürc üçün yeni gəlir imkanları vəd edir.

Qız bürcü üçün iş təklifləri real qazanca çevrilə bilər. Xarici əməkdaşlıq və onlayn layihələr gəlir gətirə bilər. Astroloq yeni təklifləri diqqətlə dəyərləndirməyi məsləhət görür.

Balıqlar bürcünü gözlənilməz maddi gəlirlər sevindirə bilər. Əlavə ödənişlər və sürpriz qazanclar büdcəni möhkəmləndirə bilər. Bu gəlirlər heç gözlənilməyən mənbələrdən daxil ola bilər.

Tərəzi bürcü üçün əvvəlki zəhmətlərin qarşılığı yetişə bilər. Uzun müddət gəlir gətirməyən investisiyalar qazanc verə bilər. İşdəki səylər mükafat və əlavə gəlirlə nəticələnə bilər.

Editor
Redaktor