Tərtər rayonunda su quyusuna düşən 1961-ci il təvəllüdlü Məhəmməd Nağıyevin meyiti quyudan çıxarılıb.
Demokrat.az xəbər verir ki, onun meyiti Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Məlumata görə, mərhum III qrup əlilliyi olan şəxs imiş.
Faktla bağlı araşdırmalar davam etdirilir.



