Yardımlı rayonunun Gendərə kəndində ikinci sinif şagirdi ölü tapılıb.
Kənd sakini, ikinci sinif şagirdi Əli Neymət oğlu Qurbanovun meyiti körpünün altında aşkarlanıb.
İlkin məlumata görə, oğlan günorta saatlarında itkin düşüb. Məktəbdən çıxdıqdan sonra evə qayıtmayan uşağın anası əvvəlcə onun babasıgildə olduğunu düşünüb. Axşam saatlarında isə uşağın babasıgilə getmədiyi məlum olub.
Bir müddət sonra kənd sakinləri uşağın meyitini tapıblar. (oxu.az)



