"İki yaşadək uşaqların ekran qarşısında vaxt keçirməsi qadağandır".
Demokrat.az xəbər verir ki, bunu Respublika Pediatriya Mərkəzinin direktoru, Səhiyyə Nazirliyinin pediatriya üzrə mütəxəssis-eksperti Erkin Rəhimov İTV-nin canlı yayımlanan "Xəbərimiz var" verilişində sualları cavablandırarkən bildirib.
O qeyd edib ki, Amerika Pediatriya Akademiyası da son vaxtlar bu yaş həddinin üç yaşadək uzadılmasını tövsiyə edir.
E.Rəhimovun sözlərinə görə, ekran qarşısında çox vaxt keçirmək uşaqlarda nitq və ünsiyyət problemlərinə səbəb olur:
"Bəzən tədris materiallarına baxmağın faydalı olduğu düşünülür. Lakin bu, yanlış yanaşmadır. Həmin yaşda uşaqların ekrana baxaraq öyrənməsindənsə, insanlarla ünsiyyət qurması daha vacibdir".



