Gəncədə bu cür yaşıllıqların salınması turizmə də təsir edəcək — İB sədri

GÜNDƏM 15 avqust 2025, 15:28
“Təbiət keşikçiləri olaraq Gəncə şəhərində 500 ağacın çıxarılması ilə bağlı məlumat alanda diqqətimizi cəlb etdi və məsələ ilə bağlı araşdırma apardıq. Hal-hazırda Gəncə şəhərinin infrastrukturunun yenilənməsi üçün abadlıq işləri aparılır. Bu kontekstdə, şəhərin ekoloji tarazlığının qorunması və yaşıllıq sahələrinin sağlamlaşdırılması da əsas prioritetlərdən biri kimi müəyyən edilib və müvafiq işlər mərhələli şəkildə icra olunur”.

Bunu Demokrat.az-a açıqlamasında "Davamlı Turizmin İnkişafına Dəstək" İB-nin sədri Nərminə Qəribova deyib. O bildirib ki, şəhərin küçə, prospekt və parklarında yerləşən yaşıllıq sahələrinin mövcud vəziyyətinin qiymətləndirilməsi məqsədilə genişmiqyaslı inventarizasiya işləri aparılıb:



“Bu tədbirin əsas məqsədi şəhər mühitində yaşıllıqların sağlamlaşdırılması və əhalinin sağlam yaşayış mühitinin təmin edilməsidir. Gəncə şəhəri ölkənin həm ictimai-siyasi həyatında, həm də turizm sahəsində önəmli yerdədir. Şəhərdə bu cür yaşıllıqların salınması gələcəkdə davamlı, ekoloji sağlam mühitin yaranması ilə yanaşı, turizmin inkişafına da təsir edəcək. Bu kimi tədbirlərin bütün bölgələrimizdə keçirilməsini arzu edərdik”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 avqust 2025, 17:10
Top