YapiKredi Müraciət Forması
Sağlamlıq Özəl

Bu tibbi xidmət niyə hər kəsə eyni qiymətə başa gəlmir? — Açıqlama

Bu tibbi xidmət niyə hər kəsə eyni qiymətə başa gəlmir? — Açıqlama

Dişin çəkilməsi üçün ödənişin onun kök sayına görə müəyyən edildiyi kimi iddialar var. Belə ki, iki köklü dişin çəkilməsi üçün 20, üç köklü diş üçün 30, ağıl dişinin çıxarılması üçün isə 40-50 manat tələb olunduğu bildirilir. Bu vəziyyət pasientlər arasında narazılıqlara səbəb olur.

Bu iddialar həqiqəti əks etdirirmi? Stomatoloji xidmətlərdə qiymətlər hansı prinsiplərlə hesablanmalıdır?

Demokrat.az-a mövzu ilə bağlı danışan stomatoloq Nahid Məhərrəmli bildirib ki, dişlərin ağız boşluğunda yerləşməsindən və ümumi vəziyyətindən asılı olaraq qiymətlər təbii ki, dəyişə bilər:

"Məsələn, dişin tacının sağlam olub-olmaması, tacın qırılaraq kökün görünməsi, kökün əyri olub-olmaması, dişin ankilozlaşması (çənə sümüyü ilə birləşməsi) kimi amillər çəkilmə prosesinə təsir göstərir".

Onun sözlərinə görə, ağıl dişlərində isə sadalanan amillərlə yanaşı, dişin ağız boşluğuna tam çıxıb-çıxmaması, retensiyalı və ya yarımretensiyalı olması, digər dişlərlə paralel, yoxsa onlara perpendikulyar istiqamətdə yerləşməsi də nəzərə alınır:

"Bütün bu xüsusiyyətlər dişin çəkilməsinin çətinlik dərəcəsini müəyyənləşdirir və nəticədə qiymətlərin fərqli olmasına səbəb ola bilər".