Dünyanın diqqəti Alyaskada: Tramp Putin görüşünün BAKI VAXTI

DÜNYA 15 avqust 2025, 09:38
Bu gün bütün dünyanın diqqəti ABŞ-ın Alyaska ştatına yönəlib. Rusiya prezidenti Vladimir Putinlə Amerika lideri Donald Tramp arasında Alyaskadakı Ankoric şəhərindəki görüş yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə 23:00) başlayacaq.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, Amerika liderinin Ağ Evin mətbuat xidməti tərəfindən yayılan iş qrafikindən irəli gəlir.

Qrafikə əsasən, yerli vaxtla saat 17:45-də Tramp Ankoricdən ayrılaraq Vaşinqtona uçacaq.

Rusiya və ABŞ prezidentləri avqustun 15-də Ankoricdə (Alyaska) görüş keçirəcəklər. Bu, Putinin Cenevrədə o vaxtkı Vaşinqton administrasiyasının rəhbəri Co Baydenlə 2021-ci ilin iyunundan bəri iki dövlət başçıları arasında ilk təkbətək danışıqlar olacaq. Putin tarixdə Alyaskaya səfər edən ilk Rusiya lideri olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top