YapiKredi Müraciət Forması
Dünya Özəl

Rusiyada hərbi təyyarə qəzaya uğradı: İki pilot...

Rusiyada hərbi təyyarə qəzaya uğradı: İki pilot...

Rusiyanın Kalininqrad vilayətində "Su-30SM" tipli hərbi təyyarə qəzaya uğrayıb. Hadisə zamanı təyyarədə olan hər iki pilot katapult sistemi vasitəsilə xilas olub.

Demokrat.az xəbər verir ki, qəza Çernyaxovsk şəhəri yaxınlığında təlim uçuşu zamanı baş verib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, pilotlar qəza zamanı katapult sistemindən istifadə edərək təyyarəni tərk ediblər. Nazirlik onların həyatı üçün təhlükə olmadığını bildirib.

Rusiya mətbuatının məlumatına görə isə hər iki pilot xəsarət alaraq hərbi xəstəxanaya yerləşdirilib. Onların xəsarətlərinin ağırlıq dərəcəsi ilə bağlı ətraflı məlumat açıqlanmayıb.

Nazirlik təyyarənin yaşayış olmayan əraziyə düşdüyünü və göyərtəsində sursat olmadığını bildirib.

Qəzanın səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmaya başlanılıb.

Jalə