YapiKredi Müraciət Forması
Şou-biznes Özəl

Yanlış diaqnoz məşhur aktrisanın həyatını alt-üst etdi - Hərəkət qabiliyyətini itirib

Yanlış diaqnoz məşhur aktrisanın həyatını alt-üst etdi - Hərəkət qabiliyyətini itirib

Amerikalı aktrisa Kristina Eplqeyt (Christina Applegate) səhhətindəki problemlərin səbəbini öyrənmək üçün yenidən tibbi müayinələrdən keçməli olacaq. 2021-ci ildə ona dağınıq skleroz (MS) diaqnozu qoyulsa da, sonradan bu diaqnozun yanlış olduğu bildirilib. Lakin diaqnozun dəyişməsi aktrisanın sağlamlıq vəziyyətində yaxşılaşmaya səbəb olmayıb.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" nəşri məlumat yayıb.

54 yaşlı aktrisa bu barədə həmkarı Ceymi-Linn Siqlerlə birgə apardığı "Messy" podkastında danışıb. Onun sözlərinə görə, xəstəxanaya yerləşdirildiyi zaman həkimlər MS xəstəsi olmadığını bildiriblər. Ətrafındakı insanlar bu xəbərə sevinsələr də, aktrisa özünü rahat hiss etməyib. Çünki uzun müddətdir yaşadığı sağlamlıq problemləri davam edir və vəziyyəti əvvəlkindən də çətinləşib.

Eplqeyt bildirib ki, hazırda həkimlər onun səhhətindəki pisləşmənin və hərəkət məhdudiyyətlərinin səbəbini müəyyənləşdirmək üçün daha ətraflı müayinələr aparmağı planlaşdırırlar. Aktrisa avtomobildən həkim qəbul otağına qədər belə yeriməkdə çətinlik çəkdiyini, hərəkət etmək üçün uzun müddətdir əsa və ya əlil arabasından istifadə etdiyini söyləyib.

O, səhhətindəki problemlərin karyerasına və şəxsi həyatına ciddi təsir göstərdiyini, bu vəziyyətin ağır depressiya yaşamasına səbəb olduğunu da etiraf edib.

"Married… with Children" serialı ilə məşhurlaşan və müxtəlif ekran işlərində rol alan aktrisanın karyerası MS diaqnozundan sonra ciddi şəkildə səngiyib. Süd vəzi xərçənginə qalib gəlmiş bir uşaq anası olan Eplqeyt hazırda yaşadığı çətinliklərin səbəbini müəyyənləşdirmək üçün yeni müayinələrin nəticələrini gözləyir.

Yanlış diaqnoz məşhur aktrisanın həyatını alt-üst etdi - Hərəkət qabiliyyətini itirib

Jalə