YapiKredi Müraciət Forması
Kriminal

Mədət Quliyevin dostunun 12 il həbsi istənildi - FOTOLAR

Mədət Quliyevin dostunun 12 il həbsi istənildi - FOTOLAR

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri işləmiş Eldəniz Qulamovun 2 ilə yaxındır davam edən məhkəmə istintaqı yekunlaşıb.

Demokrat.az "Unikal"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

O, Raqif Abbasov və Eldəniz Qulamovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə təqsirli bilinmələrini, hərəsinin 12 il azadlıqdan məhrum edilmələrini, azadlıqda olduqları üçün məhkəmə salonunda həbs olunmalarını tələb edib. Hakim Eldar İsmayılov vəkillərə müdafiə çıxışına hazırlanmaları üçün vaxt verilib.

Xatırladaq ki, Raqif Abbasov və Eldəniz Qulamov həbsdə deyil, onlar sərbəst mühakimə edilirlər. Hazırkı vaxta qədər dəymiş ziyanın böyük hissəsi ödənilməyib. Nazirlik təqsirləndirilən şəxslərə qarşı 771 min 255 manatlıq mülki iddia qaldırıb.

Qeyd edək ki, Raqif Abbasov general-polkovnik Mədət Quliyevin ən yaxın dostu kimi tanınır. R.Abbasov həmçinin Azərbaycan Güləş Federasiyasının sabiq 1-ci vitse-prezidenti Cavanşir Qurbanovun kürəkənidir. O, Azərbaycanın Baş nazirinin sabiq birinci müavini Abbas Abbasovun da qohumudur.

Mədət Quliyevin dostunun 12 il həbsi istənildi - FOTOLAR

Mədət Quliyevin dostunun 12 il həbsi istənildi - FOTOLAR