YapiKredi Müraciət Forması
Şou-biznes Özəl

Seray Kaya ilə İdris Aybirdi ayrıldı? - Aktrisanın paylaşımı diqqət çəkdi

Seray Kaya ilə İdris Aybirdi ayrıldı? - Aktrisanın paylaşımı diqqət çəkdi

Türkiyəli aktrisa Seray Kaya ilə iş adamı İdris Aybirdinin münasibətlərində problem yaşandığı iddia olunur. Sosial şəbəkədə bir-birini izləməkdən çıxaran cütlüyün bu addımı ayrılıq ehtimallarını gündəmə gətirib.

Demokrat.az xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.

İdris Aybirdi Sahra Işıkla boşandıqdan sonra Seray Kaya ilə münasibətdə olduğunu sosial şəbəkədə paylaşdığı foto ilə açıqlamışdı. Lakin cütlüyün son davranışları onların münasibətlərinə son qoyduğu barədə şayiələrə səbəb olub. Bununla belə, tərəflər ayrılıq iddiaları ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.

Ayrılıq söz-söhbətlərinin yayıldığı vaxt Seray Kaya sosial şəbəkə hesabında öz fotosunu paylaşaraq diqqətçəkən ifadələr yazıb. Aktrisa paylaşımında "Sandığınız deyiləm, sandığınız şeylərdən heç biri deyiləm, sandıq da deyiləm" sözlərini qeyd edib.

Onun bu paylaşımı qısa müddətdə müzakirələrə səbəb olsa da, Kaya sonradan paylaşımı silib. Cütlüyün sosial şəbəkədəki addımları ayrılıq iddialarını gücləndirsə də, münasibətlərinin hazırkı vəziyyəti ilə bağlı dəqiq məlumat yoxdur.

Jalə