Türk müğənni: "Məşhur olandan sonra azadlığımı itirdim"
Türkiyəli müğənni Mələk Mosso məşhurluğun şəxsi həyatına təsirindən danışıb. O, tanındıqdan sonra istədiyi kimi davranmaq, geyinmək və sosial şəbəkələrdə paylaşım etmək imkanlarının məhdudlaşdığını bildirib.
Demokrat.az xəbər verir ki, sənətçi bu barədə Jülide Ateşin "YouTube" proqramında qonaq olarkən danışıb. "Şöhrət, yoxsa azadlıq?" sualına cavab verən Mosso azadlığı seçdiyini vurğulayıb.
Müğənni İspaniyaya səfəri zamanı sevgilisi Migelin ona maraqlı sözlər dediyini də açıqlayıb. Onun sözlərinə görə, Migel İspaniyada heç kimin onu tanımadığını xatırladaraq sərbəst davranmağı və vaxtını xoş keçirməyi tövsiyə edib.
Mosso sevgilisinin onun məşhur olduğunu tanışlıqlarının əvvəlində bilmədiyini də söyləyib. Onlar ortaq dostları vasitəsilə tanış olublar. Daha sonra sosial şəbəkədə əlaqə saxlayarkən Migel onun tanınmış biri olduğunu anlayıb. Müğənni 60 min nəfərin iştirak etdiyi böyük konsertindən sonra sevgilisinin şöhrətini tam dərk etdiyini bildirib.
Sənətçi uşaqlıq illərindən də danışaraq qadınların kişilərlə müqayisədə daha azad olduğunu düşünmədiyini deyib. Mossonun sözlərinə görə, o, orta məktəb illərinə qədər böyüyəndə kişi olacağını söyləyirmiş. Ailəsinin işlədiyini, kiçik yaşlarından qardaşına baxdığını qeyd edən müğənni yeddi yaşından etibarən böyüklər kimi düşünməyə və məsuliyyət daşımağa məcbur qaldığını vurğulayıb.
Jalə


