YapiKredi Müraciət Forması
Özəl Cəmiyyət

İşdən çıxandan sonra da şirkətdən pul almaq olar — Açıqlama

İşdən çıxandan sonra da şirkətdən pul almaq olar — Açıqlama

Bəzi hallarda işçi işdən ayrıldıqdan sonra işlədiyi günlərə görə əməkhaqqını ala bilmir. İşəgötürən müxtəlif səbəblər göstərərək ödənişi gecikdirir və ya ümumiyyətlə verməkdən imtina edir. Belə vəziyyətlərdə işçinin hüquqlarını necə qoruya biləcəyi məsələsi aktuallaşır.

İşçi işdən çıxdıqdan sonra işlədiyi günlərin əməkhaqqını ala bilmirsə, hüquqlarını qorumaq üçün hansı hüquqi addımları ata bilər və hara müraciət etməlidir?

Demokrat.az-a bu barədə açıqlamasında hüquqşünas Elnur Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi işəgötürəni işçinin işlədiyi günlərə görə əməkhaqqını ödəmək öhdəliyindən azad etmir.

İşdən çıxandan sonra da şirkətdən pul almaq olar — Açıqlama

Onun sözlərinə görə, Əmək Məcəlləsinin 83-cü maddəsinə görə, əmək müqaviləsinə xitam verilərkən işçiyə son haqq-hesab aparılmalı, o cümlədən işlədiyi günlərə görə əməkhaqqı, istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlər sonuncu iş günü verilməlidir:

"İşəgötürən əməkhaqqını ödəməkdən imtina etdikdə işçi ilk növbədə yazılı müraciət edərək ona çatacaq məbləğin ödənilməsini tələb edə bilər. Tələb yerinə yetirilmədiyi təqdirdə Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət etmək, həmçinin məhkəməyə müraciət edərək əməkhaqqı borcunun tutulmasını tələb etmək mümkündür. Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən, əməkhaqqının işəgötürənin təqsiri üzündən gecikdirildiyi hallarda qanunvericilikdə nəzərdə tutulan şərtlər daxilində işçiyə gecikdirilmiş hər gün üçün əməkhaqqının azı bir faizi məbləğində ödənc verilməsi də nəzərdə tutulur".

FH
Fidan Hacızadə
Müxbir