Türkiyənin "Trabzonspor" klubunun sabiq futbolçusu Giorgi Nemsadze vəfat edib.
Demokrat.az xəbər verir ki, 1996–1997-ci illər mövsümündə Türkiyə təmsilçisinin formasını geyinən gürcüstanlı futbolçunun vəfatı ilə bağlı klub rəsmi açıqlama yayıb.
"Trabzonspor" mərhum futbolçunun ailəsinə, yaxınlarına və futbol ictimaiyyətinə başsağlığı verib.
Məlumata görə, Giorgi Nemsadzenin dəfn mərasimi oktyabrın 23-də Gürcüstanda keçiriləcək.

Jalə


